Terrorçu-kamikadze məsciddə özünü partladıb

27.10.2015 00:54     Dünyadan reaksiya     1676

Səudiyyə Ərəbistanın Nəcran şəhərində terrorçu-kamikadze məsciddə özünü partladıb,

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

Məlumata əsasən, nəticədə azı 2 nəfər ölüb. Xəsarət alanların sayı dəqiqləşdirilir.

Hələ ki partlayışa görə heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir. 

Şərhlər