Ermənistan prezidenti Minsk qrupunun həmsədrlərini qəbul edib

27.10.2015 01:35     Dünyadan reaksiya     1769

Oktyabrın 26-da Ermənistan prezidenti Serj Sarkisyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşiki qəbul edib.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin informasiya və ictimaiyyətlə əlaqələr üzrə idarəsi məlumat verib.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar prosesinin hazırkı mərhələsi və gələcək addımlarla bağlı məsələləri müzakirə ediblər.

Şərhlər

Çox oxunanlar