Fransalı deputatlar Bəşər Əsədlə görüşəcək

27.10.2015 02:26     Dünyadan reaksiya     1700

Oktyabrın 27-də Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşəcəklər.

Reaksiya.az-ın xarici mənbələrə istinadən verdiyi məlumata görə, danışıqlarda əsasən Yaxın Şərqdə xristian əhalisinin hazırkı durumu müzakirə ediləcək.

Nümayəndə heyətinə Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason rəhbərlik edəcək. Onunla birgə Dəməşqə partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess yola düşəcəklər.

AFP agentliyinin məlumatına görə, fransalı deputatlar oktyabrın 27-də Dəməşqdə Suriya prezidenti Bəşər Əsəd tərəfindən qəbul ediləcəklər. 

Şərhlər

Çox oxunanlar