İsrail Qəzza zolağına hava zərbələri endirib

27.10.2015 02:33     Dünyadan reaksiya     1496

İsrail Hərbi-Hava Qüvvələrinə məxsus təyyarələr fələstinli silahlıların raket atəşinə cavab olaraq Qəzza zolağına zərbələr endirib.

Reaksiya.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb. 

Bundan əvvəl Qəzza zolağından İsrailin cənub ərazisinə  raket zərbəsi endirilmişdi. İsrail tərəfi zərərçəkənlərin olmadığını, fələstinlilər isə Qəzzada 1 nəfərin yaralandığını bildirirlər.

İsrail hərbçilərinin məlumatına görə, təyyarələr Qəzzanın cənub bölgəsində HƏMAS hərəkatına məxsus 2 obyektə zərbələr endirib. 

Şərhlər