Kanada sahillərində batan gəmidə beş britaniyalı həlak olub

27.10.2015 02:57     Dünyadan reaksiya     1653

Kanadanın qərb sahillərində batan səyahət gəmisində həlak olanlardan beş nəfəri britaniyalıdır.

“BBC News”un yaydığı xəbərə görə, bu barədə ictimaiyyətə Britaniyanın xarici işlər naziri Filip Harmond açıqlama verib. “Leviathan II” adlı səyahət gəmisində 27 sərnişin olub. Onlardan 21-i xilas edilib, 1 nəfər isə itkin düşüb.

Qəza ilə bağlı araşdırmalar davam edir.

Şərhlər

Çox oxunanlar