Obama Türkiyəyə səfər edəcək

27.10.2015 05:14     Dünyadan reaksiya     1718

ABŞ prezidenti Barak Obama noyabrın 14-22-də Türkiyə, Filippin və Malayziyaya səfər edəcək.

Reaksiya.az-ın Türkiyə mətbuatına  istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

B.Obama Antalyada “Böyük İyirmilik” (G20), Filippində isə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində iştirak edəcək. Sonra isə dövlət başçısı ABŞ- Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası  və Şərqi Asiya ölkələrinin sammitinə qatılacaq. 

Şərhlər

Çox oxunanlar