Selin Ünal: Aİ-nin immiqrant kvotası qeyri-kafidir - BMT RƏSMİSİ
19.06.2015 06:18 Dünyadan reaksiya 2796
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Türkiyə Xarici Əlaqələr və İnformasiya Müdiri Selin Ünal, Aİ-nin qaçqınlar probleminə bağlı planlarını Reaksiya.az üçün açıqlayıb.
UNHCR tərəfindən yayımlanan hesabata görə, 2014 – cü ilin sonu etibarilə evlərini tərk edənlərin sayı 59,5 milyon nəfəri keçib. Beləcə, 2014-ci ildə evlərindən zorla köç edənlərin sayı, bir əvvəlki ilə görə 8,3 milyon nəfər artıb.
Hesabata görə, 2014-cü ildə 1,59 milyon qaçqını qəbul edən Türkiyə dünyada ən çox qaçqınlara ev sahibliyi edən ölkələrə başçılıq edir.
Yaxşı, bəs bu yük, Türkiyədə daha çox hansı sahələrdə hiss edilir? Qaçqınların Avropa ölkələri arasında dağılması fikri, Türkiyədə necə qarşılanır? Bununla əlaqədar Reaksiya.az - a danışan UNHCR Türkiyə Xarici Əlaqələr və İnformasiya Müdiri Selin Ünal vəziyyəti belə dəyərləndirib:
"Hörmətli ali komissar Gbuterres dünən Türkiyəyə gəldi. Bu gün də biz Qlobal Meyllər hesabatı nəşr edirik. Hesabatın lansmanını Türkiyədə etmək istədik çünki Türkiyə, dünyadakı ən çox sayda qaçqınlar ev sahibliyi edən ölkədir.
20 iyun Dünya Qaçqınlar Günündə, yenə Türkiyənin qaçqınlara qarşı izləmiş olduğu dəstək siyasətinə görə təşəkkür etmək və eyni zamanda təkrar dünyaya mesaj vermək istəyirik. Çünki, bu təkcə sərhəd ölkələrinin dəstəyi ilə məhdudlaşmamalıdır. Bütün dünyanın dəstəkləməli olduğu bir məqamdayıq. Dünyaya baxdığımız zaman görürük ki, bu gün 59,5 milyon nəfər zorla öz doğma yurd – yuvalarından ayrı düşüb. Bu rəqəmlər əvvəlki ilin sonunda 51,2 milyon, 2014 – cü ilin sonunda isə 59,5 milyon nəfər təşkil edirdi.
-Son zamanlarda Avropa ölkələrində qaçaq immiqrantları və məcburi köçkünləri qəbul edib etməmək məsələsi müzakirə edilir. Avropa Komissiyası, bu məsələdə bir kvota sistemi hazırlayıb açıqlamışdı. Qaçqınların paylanması, ən çox immiqrant qəbul edəcək ölkələri rahatlaşdıracaq kimi görünür. Türkiyə bu qaydalara hansı yanaşma ilə yanaşır?
-Bu problem, xüsusilə Aralıq dənizində baş verən faciəli və dramatik hadisələrdən sonra ortaya çıxıb. Çünki bu gün Aralıq dənizində, Ədən Körfəzində ya da Qırmızı dənizdə təhlükəli dəniz səfərlərinə çıxan qaçqınların sayındakı ciddi artım, təəssüf ki, dünyadakı qarşıdurmaların çox diqqətə çarpan nəticələri arasında yer almaqdadır. Bunlar davam edir və təəssüf ki, bir sonu da görünmür.
Fərqli formalarda həmrəyliklər göstərilməlidir. Avropada bir kvota sistemi müzakirə olunur, fərqli insani yardım proqramları da eyni zamanda gündəmdədir. Təqaüd proqramları, universitet tələbələrinə yardımlar kimi proqramlar da müzakirə edilir. Bunlar təbii ki, Türkiyə tərəfindən dəstəklənir, daha da çoxuna ehtiyac olduğunu buradakı rəsmilərə bildiririk. Təbii ki, kvota sisteminin fəaliyyətləri olacaq. Amma bu, tək başına kifayət etməyəcək. Ailələrin bir araya gətirilməsi, təqaüd proqramları, insani dəstək proqramlarının, qəbul proqramlarının dəstəklənməsinin vacib olduğunu düşünürük.
Şərhlər