ABŞ Rusiyaya İŞİD-lə bağlı çağırış edib

28.10.2015 01:59     Dünyadan reaksiya     1703

Suriyada İŞİD-ə qarşı mübarizə aparan koalisiyada iştirak etmək üçün Rusiyaya “qapılar açıqdır”.

Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Eşton Karter deyib.

“Biz Rusiyanın Suriyadakı münaqişənin həllinə pozitiv tovhə verməsi üçün qapıları onun üzünə açıq saxlayacağıq”, deyə o bildirib.    

Karter, bununla belə qeyd edib ki, amerikalı hərbçilər Rusiyanın beynəlxalq koalisiyanın Suriyadakı əməliyyatlarına  mane olmasına və ya onun kursuna təsir etməsinə imkan verməyəcəklər.  

 

Şərhlər

Çox oxunanlar