"Tehran ilk dəfə olaraq Suriyaya dair danışıqlara dəvət alıb"
28.10.2015 01:05 Dünyadan reaksiya 1591
Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə “Associated Press” məlumat yayıb.
Agentliyin məlumatına görə, Suriya üzrə yeni beynəlxalq məsləhətləşməni oktyabrın 29-da Vyanada keçirmək planlaşdırılıb. İran dəvətə hələlik heç bir cavab verməyib. Görüşdə Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İordaniya, BƏƏ-nin XİN rəhbərlərinin iştirak edəcəyi gözlənilir.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi bir müddət sonra İranın görüşə dəvət almasını təsdiqləyib.
“Mən İranı bizim tərəfdaş adlandırmazdım, lakin o dəvət alıb”, deyə Kirbi bildirib. “Dəvəti qəbul edib-etməmək onların öz işləridir”, deyə o qeyd edib.
Şərhlər