​Əfqanıstanda terrorçular 25 qız məktəbini bağlayıb

28.10.2015 01:33     Dünyadan reaksiya     1525

Əfqanıstandakı terrorçu "Taliban" hərəkatı son bir neçə ayda ölkənin Loqar əyalətində 25 qız məktəbini bağlayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda Pakistanda çıxan "Frontier Post" qəzeti məlumat yayıb.

Məlumata görə, bu səbəbdən minlərlə qız təhsil almaqdan məhrum olub. Xəbərdə bildirilib ki, terrorçular əyalətdəki din xadimlərinə dövlət universitetlərindən şikayətlərin qəbulunu da qadağan ediblər. Əks halda, bunun əvəzini sərt şəkildə ödəyəcəkləri ilə hədələyiblər. 

Şərhlər

Çox oxunanlar