Hakimi öldürən 5 futbolçuya hökm oxunub

28.10.2015 01:48     Dünyadan reaksiya     1595

Hollandiya məhkəməsi futbol hakimi Riçard Neyşxayzenanı döyərək öldürən futbolçulara hökm oxuyub. Reaksiya.az-ın məlumatına görə, bir futbolçu yarışlardan 5 il müddətinə diskvalifikasiya olunub.

Hadisədə iştirak edən 4 futbolçunun isə Hollandiya Futbol Federasiyasının bayrağı altında keçirilən yarışlarda iştirakına ömürlük qadağa qoyulub.

5 futbolçunun hamısının qərarla bağlı apellyasiya şikayəti vermək hüquqlarının olduğu bildirilib.

Qeyd edək ki, hadisə 2012-ci ilin dekabrında baş verib. 15-16 yaşadək futbolçulardan ibarət həvəskarlar liqasında 5 futbolçu matçın baş hakimini döyüb. Referi hadisədən bir gün sonra ölüb. İdmançılar isə yeniyetmələrin cəzaçəkmə mərkəzində 2 il müddətinə müxtəlif islah işlərinə cəlb olunub.

Şərhlər

Çox oxunanlar