"Belarus ərazisində Rusiya hərbi bazasının yerləşdiriməsi mənasızdır"
28.10.2015 02:17 Dünyadan reaksiya 1629
Rəsmi Minsk hesab edir ki, hazırki şəraitdə ölkə ərazisində Rusiyaya məxsus hərbi bazanın yaradılması mənasızdır.
Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, Belarusun XİN başçısı Vladimir Mikey bildirib ki, "hazırda daha təcili müzakirələr tələb edən hadisələr cərəyan edir".
Ukrayna böhranı və Suriyadaki vəziyyəti buna misal olaraq gətirən nazir: "Xarici hərbi bazanın yerləşdirilməsi təklifi danışıqlar predmeti olmamalıdır", - deyə vurğulayıb.
Qeyd edək ki, Belarusun Müdafiə Naziri Andrey Ravkov da daha öncə eyni fikirləri səsləndirmişdi.
Şərhlər