Türkmənistan prezidenti 1020 məhbusu əfv edib

28.10.2015 04:06     Dünyadan reaksiya     1964

Türkmənistan prezidenti Qurbanqulu Berdimuxammedov 1020 məhbusu əfv edib.

Reaksiya.az xəbər verir ki, əfv ölkənin müstəqilliyinin 24-cü il dönümü ilə bağlıdır.

Oktyabrın 27-i Türkmənistanda müstəqillik günü qeyd olunur, fərman isə bir gün əvvəl imzalanıb.

Keşmiş prerzident Saparmurat Niyazov adətən əfv fərmanlarını hər il Ramazan bayramında imzalayırdı. Berdimuxammedov isə bunu hər il dövlət bayramları ərəfəsində edir.

Şərhlər

Çox oxunanlar