Con Kerri Mərkəzi Asiya ölkələrinə səfər edəcək
28.10.2015 04:17 Dünyadan reaksiya 1691
ABŞ dövlət katibi oktyabrın sonu-noyabrın əvvəlində Mərkəzi Asiya ölkələrinə səfər edəcək. Reaksiya.az-ın verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.
“Dövlət katibi Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabada səfər edəcək. Con Kerri hər bir ölkədə yüksək vəzifəli dövlət rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq niyyətindədir. Bu Kerrinin Mərkəzi Asiyaya ilk səfəri olacaq”, deyə qurumun məlumatında bildirilir.
Məlumata görə, Con Kerri Bişkekdə Amerika Universitetin kampusunun açılışında iştirak edəcək, Səmərqənddə isə 5 ölkənin XİN rəhbərləri ilə görüş keçirəcək.
Şərhlər