Suriya ordusu bir gündə 50 yaşayış məntəqəsini azad edib

28.10.2015 03:52     Dünyadan reaksiya     1611

Suriya ordusu son bir gün ərzində Hələb əyalətində terrorçuların nəzarətində olan 50 yaşayış məntəqəsini azad edib.
 
Reaksiya.az-ın reporta istinadən verdiyi xəbərə görə, könüllü dəstələrin də köməyinə arxalanan hərbçilər 120 kvadrat kilometr ərazini ələ keçiriblər.
 
Hücum əməliyatları Xama və Latakiya əyalətlərində də davam edir. Qızğın döyüşlər hazırda əsasən Salma şəhəri ətrafında müşahidə edilir.
 
Dəməşq rəsmiləri terrorçuların Türkiyədən dəstək aldığını da iddia edir.

Şərhlər

Çox oxunanlar