İordaniyada partlayış - 8 ölü, 12 yaralı

28.10.2015 05:11     Dünyadan reaksiya     1857

Əmmanda içində pirotexnik məmulatlar olan iki konteynerin partlaması nəticəsində səkkiz nəfər ölüb, on iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu məlumatı İordaniya Mülki Müdafiə İdarəsinin mətbuat xidməti yayıb. Zərərçəkənlər paytaxt xəstəxanalarına çatdırılıb.

Hadisə Əmmanda gömrük anbarının yerləşdiyi ərazidə baş verib. Güclü partlayış nəticəsində onlarla avtomobilə ziyan dəyib.

Hadisə yerinə İordaniyanın Baş naziri Abdulla Ansur, daxili işlər naziri, Mülki Müdafiə İdarəsinin baş direktoru və krallığın digər məmurları gəliblər. Baş nazir A.Ansur hadisənin istintaqı üzrə komissiya yaratmaq barədə qərar qəbul edib.

Şərhlər

Çox oxunanlar