Türkiyədə 44 şəxs "Prezidentə təhqir" maddəsi ilə məhkum olundu
28.10.2015 08:17 Dünyadan reaksiya 1889
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın ünvanına təhqiramiz ifadələr işlədən 44 vətəndaş son bir il ərzində məhkum olunub.
Reaksiya.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Ərdoğanın prezident seçildiyi 2014-cü ilin avqust ayından etibarən Ədliyyə Nazirliyində "Prezindentə təhqir" maddəsi ilə 1300 cinayət işi qeydə alınıb.
Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə əsasən dövlət başçısını təhqir edən şəxslər 1 ildən 4 ilədək həbs oluna bilər. Əyər eyni təhqir ikinci dəfə səslənsə həbs müddəti iki dəfə artır.
Şərhlər