Bu ölkədə ilk dəfə qadın prezident seçildi
28.10.2015 17:25 Dünyadan reaksiya 1884
Nepal parlamenti ölkə prezidentini seçib.
Reaksiya.az "Report"a istinadən xəbər verir ki, bu posta ilk dəfə qadın - Bidxia Bxandari seçilib.
O, 327 səsdən 214-nü toplayaraq Nepal Konqresi Partiyasından olan əsas oponenti Kul Bahadur Qurunqa qalib gəlib.
Qeyd edək ki, sentyabrın 20-də ölkədə yeni konstitusiya qəbul olunub. Yeni konstitusiya dünyəvi dövlətə keçidi dəstəkləməyə yönəlib.
Şərhlər