BMT-nin xüsusi elçisi Vyanada danışıqlarda iştirak edəcək
29.10.2015 02:41 Dünyadan reaksiya 1640
BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Vyanada keçiriləcək danışıqlarda iştirak edəcək.
Reaksiya.az-ın verdiyi məlumata görə, bu barədə de Misturanın mətbuat katibi Cessi Şahin bildirib.
“Suriya üzrə xüsusi elçi Staffan de Mistura oktyabrın 30-da Vyanada keçirilən danışıqlarda BMT-ni təmsil edəcək”, deyə C.Şahin vurğulayıb.
Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirlərinin Suriyada münaqişənin nizamlanmasına dair növbəti görüşü oktyabrın 29-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Oktyabrın 30-da isə danışıqlara bir sıra dövlətlərin (İran, İraq, Misir, Qətər) nümayəndələrinin də qatılacağı gözlənilir.
Qeyd edək ki, “dördlük” formatında son danışıqlar Vyanada oktyabrın 23-də baş tutmuşdu.
Şərhlər