Fransalı deputatlar Bəşər Əsədlə görüşüblər

29.10.2015 03:17     Dünyadan reaksiya     1685

Oktyabrın 28-də Dəməşqdə Fransa parlamentinin deputatları Suriya prezidenti Bəşər Əsədlə görüşüblər.

Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, saat yarım davam edən görüşün təfərrüatları açıqlanmır.

Danışıqlarda Fransa parlamentinin aşağı palatasının müxalif “Respublikaçılar” partiyasının deputatı Jan-Frederik Puason, onun partiyadaşı Ksavye Breton və müstəqil deputat Veronik Bess iştirak ediblər.

Qeyd edək ki, Fransa hökuməti deputatların Dəməşqə səfərini təhlükəli və faydasız adlandırıb. 

Şərhlər

Çox oxunanlar