Xaricilər təxminən 9 min qazax uşağı övladlığa götürüblər

19.06.2015 11:20     Dünyadan reaksiya     2022

Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Altay Abibulayev son 23 ildə təxminən 9 min qazax uşağının xaricilər tərəfindən övladlığa götürüldüyünü açıqlayıb. Abibulayev, Xabar Kanalına verdiyi açıqlamada Qazaxıstanın müstəqillik illərində 8 min 893 uşağın xarici vətəndaşlar tərəfindən övladlığa götürüldüyünü, bu il isə cəmi 13 yetim uşağın əcnəbilər tərəfindən övladlığa götürüldüyünü deyib. Qazaxıstan Baş Prokurorluğu, 2014-ci ildə keçirilən siyahıyaalmanın nəticələrinə görə ölkədə 33 min yetim uşaq yaşadığını da açıqlayıb.

Şərhlər

Çox oxunanlar