Gürcüstanın energetika naziri İrana səfər edəcək
29.10.2015 02:23 Dünyadan reaksiya 1679
Gürcüstanın energetika naziri Kaxa Kaladze noyabrın ortalarında təbii qazın tranziti ilə bağlı danışıqlar aparmaq üçün İrana səfər edəcək.
Reaksiya.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu Kaxa Kaladze bildirib.
"Gürcüstanın geopolitik mövqeyindən çıxış edərək İran bazarı və resursları bizi özünə çəkib. Biz bundan maksimum istifadə etməliyik. Noyabrın ortalarında şəxsən İrana səfər etməyi planlaşdırıram. İranda təbii qazın alınması imkanlarını müzakirə edəcəyik. Bu, çox vacibdir", - nazir vurğulayıb.
Məlumata görə, K.Kaladze indiyədək heç vaxt İrandan təbii qaz alınması ilə bağlı bəyanat verməyib. Ancaq ötən gün Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili bu məsələyə toxunub. Ölkə mediası ehtimal edib ki, onun bu çıxışı K.Kaladzenin İran istiqamətində fəallaşmasına səbəb olub.
Şərhlər