"Bu il İranda edam olunanların sayı mindən çox ola bilər"

29.10.2015 03:59     Dünyadan reaksiya     1590

Ötən il İranda 753 nəfər edam olunub, bu il isə onların sayı min nəfərdən çox ola bilər.

Reaksiya.az xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid bildirib.

Onun sözlərinə görə, hər il İranda başqa ölkələrlə müqayisədə ölüm hökmlərinin icrasında artım müşahidə edilir: "Bu halların çoxunda bir qayda olaraq beynəlxalq hüquq pozulur".

BMT-nin məlumatına əsasən, bu ilin birinci yarısında edam edilənlərin 69 faizi narkotik maddələrlə bağlı olub: "Bəziləri "facebook" və başqa sosial şəbəkələrdəki yazılarına görə dar ağacından asılıblar".

Əhməd Şahid İran hakimiyyətini ciddi cinayətlər istisna olmaqla, edam hökmlərinin icrasına moratorium tətbiq etməyə çağırıb.  

Şərhlər

Çox oxunanlar