1000 miqrant xilas edilib

29.10.2015 04:10     Dünyadan reaksiya     1887

Çərşənbə günü səhər İtaliyanın Sahil Mühafizə Xidməti Liviya sahillərində min miqrantı xilas edib.

Reaksiya.az "Reuters"ə istinadən xəbər verir ki, miqrantları daşıyan gəmi ərəb dövlətinin ərazi sularını tərk etməmiş çevrilib.

Mühacirlər Aralıq dənizini keçməyi planlaşdırıblar, lakin hava şəraitinin pisləşməsi ilə əlaqədar olaraq gəmi çevrilib. İtaliyanın öz dövləti sahillərində keşik çəkən Sahil Mühafizə Xidməti zərərçəkənlərin köməyinə gəlib və onları ölümdən xilas edib.

Afrikadan İtaliya vasitəsilə Avropaya gəmilərlə 140 min qaçqın gəlib. Dəniz yolu ilə Avropaya ümumilikdə 700 min nəfər üz tutub ki, onların da əksəriyyəti Yunanıstan vasitəsi ilə gəlib.

Xilasetmə əməliyyatında, həmçinin Böyük Britaniya, İrlandiya, Sloveniya və Almaniyanın hərbi gəmiləri iştirak edib. Onlar Avropa İttifaqının cənub sərhədlərinin birgə patrul xidmətini aparırlar.

Şərhlər

Çox oxunanlar