İŞİD-ə qoşulmaq istəyən 8 nəfər saxlanılıb

29.10.2015 04:53     Dünyadan reaksiya     1905

Türkiyənin Adana şəhərində polis və terrorla mübarizə idarəsinin apardığı əməliyyat nəticəsində İŞİD terror qruplaşmasına qoşulmaq üçün Suriyaya getmək istəyən 8 nəfər saxlanılıb.

Reaksiya.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, onların Tacikistan, Çin və Malayziya vətəndaşları olduğu bildirilir.

Saxlanılanlar arasında 3 qadın və 8 yaşlı qız da var. Məlumata görə, əcnəbiləri Suriyaya keçirəcək şəxs də tutulub. Onun adı açıqlanmır. Tutulan şəxslər yaxın zamanda deportasiya olunmaq üçün Türkiyə Miqrasiya xidmətinə təhvil veriləcək.

Şərhlər

Çox oxunanlar