Rusiyadan “Ruslar”a qadağa
29.10.2015 04:18 Dünyadan reaksiya 1712
Moskva şəhər məhkəməsi ölkənin bütün ərazisində “Ruslar” milliyətçi hərəkatının fəaliyyətinə qadağa qoyub.
Reaksiya.az oxu.az-a istinadən xəbər verir ki, məhkəmə prokurorluğun dəlilləri ilə razılaşaraq Dmitriy Demuşkin və Aleksandr Potkinin ( Belov) rəhbərlik etdikləri hərəkatı ekstremist kimi tanıyıb.
Müəyyən edilib ki, hərəkatın proqramı etnik mənsubiyyət əsasında bir qrup insanlara qarşı nifrət yaratmağa yönəlib, həmçinin “öz milli dövlətini yaratmaq üçün mübarizəyə” çağırışları ehtiva edir.
Qeyd edək ki, milliyətçi “Ruslar” hərəkatı 2011-ci ildə yaradılıb.
Şərhlər