Türkiyənin iki kanalı yayımını dayandırıb

29.10.2015 04:40     Dünyadan reaksiya     1702

Türkiyənin “Bugün TV” və “Kanaltürk” televiziyalarının yayımı dayandırılıb. 

Reaksiya.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu gün hər iki kanalın binasına 30-a yaxın polis əməkdaşının daxil olduğu bildirilib.

Polis əməkdaşlarının binaya girişi zamanı “Kanaltürk”ün yayım rəhbəri Tarık Toros canlı efirdə bu barədə məlumat verib.

Tarık Toros polis əməkdaşlarının binada axtarış apardığını, bir neçə dəqiqə sonra kanalın yayımının dayandırılacağını bildirib.

Şərhlər

Çox oxunanlar