Miqrantları daşıyan qayıq batıb - Azı 5 uşaq ölüb

29.10.2015 05:09     Dünyadan reaksiya     1729

Yunanıstan sahilləri yaxınlığında miqrantları daşıyan dörd qayığın batması nəticəsində 5-i uşaq olmaqla 7 nəfər  ölüb.

Reaksiya.az-ın verdiyi məlumata görə, 200 nəfərdən çox miqrantı xilas etmək mümkün olub.

Suda qalan insanların dəqiq sayı məlum deyil. Hadisə yerində xilasedici əməliyyat davam edir.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, 2015-ci ilin əvvəlindən Avropaya dəniz yolu ilə 704 227 nəfər gəlib. Onlardan 3 257-si Aralıq dənizində batıb və ya itkin düşüb. 

Şərhlər

Çox oxunanlar