Somalidə terrorçular 12 nəfəri girov götürüblər

29.10.2015 05:39     Dünyadan reaksiya     1607

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının silahlıları sərt eniş edən təyyarənin 12 sərnişinini  girov götürüb.

Reaksiya.az-ın verdiyi məlumata görə, “Airbus A380” təyyarəsi Somalidəki Afrika İttifaqı missiyası (AMISOM) üçün yük daşıyırmış.

Faktı təsdiqləyən yerli hökumət nümayəndəsi bildirib  ki, girovlar arasında ABŞ vətəndaşları da var. Pentaqon, öz növbəsində, təyyarədə ABŞ vətəndaşlarının olduğunu təkzib edib.

Qeyd edək ki, Moqadişoya uçan təyyarə naməlum səbəbdən Afquye şəhəri yaxınlığında sərt eniş edib. 

Şərhlər

Çox oxunanlar