İŞİD bizim üçün təhlükə daşımır - İsrail

29.10.2015 10:08     Dünyadan reaksiya     2050

"İŞİD terror təşkilatı indiyə qədər İsraili birbaşa təhdid etməyib, amma onları Suriyada çox diqqətli izləyirik. Əsas narahatlığımız Holan Təpələrindən bizə qarşı terror cəbhəsi yaratmağa çalışan İran İnqilab Mühafizəçilərinin dəstəklədiyi qruplar və vəkillərdir".

Reaksiya.az xəbər verir ki, bu sözləri İŞİD və Əl-qaidə əlaqəli Nusra Cəbhəsini keçən həftə terror siyahısına əlavə edən İsrailin müdafiə naziri Moşe Yalon ABŞ-da amerikalı həmkarı Eşton Karter ilə danışıqlarından sonra keçirilən birgə mətbuat konfransında bildirib.

Həmçinin, müdafiə naziri bildirib ki, İŞİD-in İsrail üçün təhdid daşımamasının əsas səbəbi qruplaşmanın yeni bir cəbhə açmaqdan çəkinməsidir: "Bunu etsələr, böyük ziyan görəcəklərini bilirlər".

ABŞ-ın müdafiə naziri Eşton Karter isə qeyd edib ki, Yaxın Şərqdəki çağırışların davam etdiyi şəraitdə İsrailin təhlükəsizliyini təmin etmək üçün yeni yollar tapmağa davam edəcəklər.

Şərhlər

Çox oxunanlar