Misirdə seçkilərdə iştirak azalıb

29.10.2015 10:11     Dünyadan reaksiya     2481

Misirdə parlament seçkilərinin birinci mərhələsinin ikinci turunda xaricdəki seçicilərin iştirak nisbətinin 35% -ə düşdüyü açıqlanıb.

Misir Ali Seçki Mərkəzinin rəhbəri Ömər Mərvan təşkil etdiyi mətbuat konfransında Misir vətəndaşları üçün xaricdəki 139 səfirlik və konsolluqda qurulan seçki qutularında bu səhər səs vermə əməliyyatının başa çatdığını ifadə edib.

Mərvan xaricdə səs istifadə edən seçici sayının ilk tura nisbətən 35 % geriləyərək, təxminən 19 min 800-dən düşdüyü məlumatını verib.

Misirdə ümumi seçkilərin 17 və 18 oktyabr tarixlərində keçirilən ilk turunda xarici seçici sayı 30 min 531 nəfər kimi qeyd olunmuşdu.

Ölkənin 14 vilayətində 99 seçki bölgəsində reallaşdırılan parlament seçkilərinin birinci mərhələsinin ikinci turunda 418 müstəqil namizəd, 209 yer uğrunda mübarizə aparırdı.

Şərhlər

Çox oxunanlar