"Səudiyyə Ərəbistanı Şeyx Nəmərin edamına görə məsuliyyət daşıyacaq" - Haşıçi Rəfsəncani
29.10.2015 10:24 Dünyadan reaksiya 2339
Ayətullah Haşimi Rəfsəncani dünən Həmədan əyalətində etdiyi çıxışda Səudiyyə Ərəbistanının Ayətullah Şeyx Nəmərin edamına görə ağır əvəz ödəcəyini ifadə edib.
Reaksiya.az xəbər verir ki, İran İslam Respublikası Nizami qoşunların diaqnoz şurasının rəhbəri Ayətullah Haşimi Rəfsəncani bu gün İranın Həmədan əyalətində etdiyi çıxışda Səudiyyə rejiminin son dövrdə etdiyi səhvləri xatırladaraq bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərliyi Yəmən hücumundan sonra son dövrdə də Ayətullah Şeyx Nəmərin edam cəzasını təsdiqləyərək başqa bir tarixi səhvə imza atdığını bildirib və qətiliklə bunun üçün çox ağır bir əvəz ödəyəcəklərini deyib.
Ayətullah Rəfsəncani Səudiyyə Ərəbistanlı alim Şeyx Nəmərin böyük, mücahid, sevimli və dini dəyərlərə bağlı olan bir şəxsiyyət olduğunu ifadə edərək bildirib ki, Ayətullah Nəmərin minlərlə müridi səssiz qalmayacaq.
Şərhlər