BMT-nin İnsan Haqları Şurasına yeni üzvlər seçildi

29.10.2015 10:58     Dünyadan reaksiya     1830

BMT Baş Assambleyasının (BA) İnsan Haqları Şurasına 18 yeni üzv seçilib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Şərqi Avropa ölkələri qrupundan Sloveniya və Gürcüstan müvafiq olaraq 179 və 177 səs toplayaraq üzvlüyə haqq qazanıb.

Qərbi Avropa və digər ölkələr qrupundan isə Şuraya İsveçrə, Almaniya və Belçika seçilib. Afrika ölkələri üçün olan 5 vakant yer Toqo, Efiopiya, Kot d-İvuar, Keniya və Burundi tərəfindən tutulub.

Asiya ölkələri qrupundan Şuraya Monqolustan, Qırğızıstan, Koreya respublikası, Filippin, Latın Amerikası və Karib hövzəsindən Panama, Ekvador və Venesuela Şuraya daxil olub.

Qeyd edək ki, İnsan haqları üzrə Şuranın yaradılması barədə qərar 2005-ci ildə qəbul edilib. Şuranın səlahiyyətləri və onun yaradılması barədə qətnamə isə BMT BA-nın 15 mart 2006-cı il qətnaməsi ilə qəbul edilib.

İnsan Haqları üzrə Şuranın tərkibinə 47 dövlət daxildir.

Şuranın üzvləri 3 illiyə seçilir və iki dəfə ard-arda seçilə bilməz.

Şuranın hər üzvü Baş Assambleya üzvləri tərəfindən gizli səsvermə yolu ilə seçilir, üzvlər insan haqlarının müdafiə standartlarına nəzarət etməlidirlər. Üzvlərin fəaliyyətində insan haqlarının kütləvi və sistematik pozulması halları müşahidə olunduğu halda, onların Şurada iştiraklarına Baş Assambleya üzvlərinin 2/3 səs çoxluğu ilə xitam verilə bilər.

 

Şərhlər

Çox oxunanlar