Krım başçısı "Hellouin"ə qarşı - "Bu, iyrənc maski-şoudur!"
29.10.2015 10:45 Dünyadan reaksiya 2059
Krım respublikasının rəhbəri Sergey Aksenov məktəblərdə “Halloween” tədbirlərinin keçirilməsinə qarşı çıxıb.
Reaksiya.az-ın məlumatına görə, Aksenov bu tədbirləri “Rusiya ənənələrinə zidd olan iyrənc maski-şou” adlandırıb.
“Mütəxəssislər – pedaqoqlar, psixoloqlar əsaslı olaraq xəbərdar edirlər ki, şər obrazları ilə oyunlardan kövrək uşaq psixikasına təhlükəli ola bilər. Buna görə də, hesab edirəm ki, təhsil müəssisələrində “Hellouin” ilə bağlı heç bir tədbir keçirilməməlidir. Krım Respublikasının Təhsil Nazirliyinin müvafiq tövsiyə ilə çıxış etməsi lazımdır”, - deyə S.Aksenov vurğulayıb.
Şərhlər