İngiltərə bu ilin sonuna kimi min nəfər miqrantı qəbul edəcək

29.10.2015 11:43     Dünyadan reaksiya     2565

İngiltərə Baş naziri Kameron, İngiltərə Parlamentinin alt qanadı lordlar palatasında hər həftə keçirilən  “Baş nazirə Suallar" toplantısında iştirak ingilis millət vəkilləri gündəmə bağlı suallarını cavablayıb.

İclasda çıxış edən Liberal Demokrat Partiyanın lideri Tim Farron keçən həftə Yunanıstanın Midilli Adasındakı sığınacaq axtaran şəxslər düşərgələrini ziyarət etdiyini söyləyərək buradakı sığınmacıların vəziyyətini öz gözləriylə gördüyünü və ölkəsinin bu sığınmacılara qapılarını açmadığından ötəri utanc duyduğunu vurğulayıb.

Farron ayrıca uşaq hüquqları ilə bağlı fəaliyyət göstərən beynəlxalq "Save the Children" adlı təşkilatın, hökumətə etdiyi "İngiltərənin təcili olaraq 3 min sığınacaq axtaran uşağa qapılarını açması" çağırışını yeniləyərək bu məsələdə Baş nazir Kameronun məlumatlı olmalı olduğunu bildirib.

Bundan baş nazir Kameron gələcək 5 ildə Suriyanın qonşu ölkələrindəki düşərgələrdə qalan 20 min miqrantların İngiltərəyə alınmasının qərara alındığını xatırladaraq "Bu gün bir daha təkrar edirəm. Miqrantların ölkəyə Avropadan alınmasından çox (Suriyanın qonşu ölkələrindəki) düşərgələrdə alınmasının daha yaxşı olduğunu düşünürük. Miladdan əvvəl İngiltərəyə minə yaxın sığınacaq axtaran şəxslər gətiriləcək, bu miqrantlar ev, geyim veriləcək və yeməklə təmin ediləcəklər" -deyib.

Qeyd edək ki, İngiltərə hökuməti 2014 – cü ilin iyunundan 2015 – ci ilin iyununa kimi sadəcə 216 suriyalını miqrant kimi ölkəyə qəbul etmişdi.

Şərhlər

Çox oxunanlar