ABŞ senatı Obamanı qıcıqlandıran sənəd qəbul etdi
19.06.2015 11:40 Dünyadan reaksiya 1788
ABŞ Senatı prezident Barak Obamanın etirazına baxmayaraq, ölkənin 620 milyard dollar həcmindəki hərbi büdcəsinə düzəlişləri təsdiqləyib.
Reaksiya.Az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 75 nəfər düzəlişlərin lehinə, 25 nəfər isə əleyhinə səs verib. Düzəlişlərdə həmçinin Ukraynaya 300 milyon ABŞ dolları həcmində hərbi yardm göstərilməsi də nəzərdən keçirilib. Konqress qanun layihəsinin tərkibinə Ukraynaya silah təchizatı barədə müddəalar da daxil edib.
Həmçinin yenilənmiş qanun layihəsində ABŞ prezidentinin Quantanamo türməsini bağlamaq niyyəti əks olunmayıb. Obama artıq bu qanun layihəsinə veto qoyacağı barədə xəbərdarlıq edib.
Şərhlər