Terror təşkilatının lideri öldürülüb

29.10.2015 12:03     Dünyadan reaksiya     2233

Kəşmirdə fəaliyyət göstərən “Ləşkəri Tayyibə” qrupunun liderlərindən Əbu Qasimin cümə axşamı gecəsi Hindistanın hərbi qüvvələri tərəfindən təşkil edilən bir əməliyyatla öldürüldüyü açıqlanıb. Reaksiya.az xəbər verir ki, Kəşmirdə olan Hindistanın daxili işlər naziri  Syed Javaid Müctəba Gillani öldürülən Əbu Qasimin Hindistan və Pakistanda ən çox axtarılanlar siyahısında olduğunu söyləyib.

Xatırladaq ki, 1990-ci ildən bəri bölgədə fəal olan “Ləşkər-i Tayyibə”, xüsusilə Cammu Kəşmir bölgəsində digər İslami təşkilatlarla birlikdə təşkil etdiyi əməliyyatlarla Kəşmirin azadlığı üçün döyüşən təşkilatlar arasında aktivliyi ilə seçilir.

Şərhlər

Çox oxunanlar