Obama Suriya ilə bağlı taktikasını dəyişir - "The Guardian"

29.10.2015 13:06     Dünyadan reaksiya     2036

Amerika prezidenti Barak Obama Suriya ilə bağlı  taktikasını  dəyişməyi qərara alıb.

Reaksiya.az-ın məlumatına görə,  “The Guardian” yazır ki, Obama  bu qərarla İŞİD-ə qalib gəlmək və Bəşər Əsədi devirmək uğrunda etdiyi uğursuz cəhdlərindən sonra ABŞ-ın reputasiyasını bərpa edəcəyinə ümid edir.

Qeyd olunur ki, ABŞ-ın taktikasını dəyişməsi Rusiya və İranın Yaxın Şərqdə möhkəmlənməsi ila bağlı qorxulardan irəli gəlir.

Hazırda Ağ Ev yeni hərbi əməliyyatları nəzərdən keçirir.  Bu tədbirlər çərçivəsində İraq və Suriyada məhdud sayda qoşunların yerləşdirilməsi gözlənilir.

Eşton Karterin sözlərinə görə, əməliyyatlar üç istiqamətdə aparılacaq: İŞİD-in paytaxtı Rakka və İraqın Ramadi şəhərinə doğru və digər mühüm nöqtələr üzrə reydlər.

Şərhlər

Çox oxunanlar