Türkiyə Cümhuriyyəti 92 yaşında
29.10.2015 13:10 Dünyadan reaksiya 1699
Bugün Türkiyə Cümhuriyyətinin Müstəqillik günüdür, cümhuriyyətin müstəqilliyini elan etməsindən 92 il ötür.
Reaksiya.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi nümayəndə heyəti bu gün münasibətilə Atatürkün məqbərəsini ziyarət edib.
Ərdoğan Misak-ı Milli Kulesindəki şərəf dəftərini imzalayaraq bu sözləri yazıb:
“Türkiyə Böyük Millət Məclisinin elan etdiyi respublikamızın 92-ci ildönümünü qeyd etməyin xoşbəxtliyini yaşayırıq. Regionumuzda tarixi hadisələrin cərəyan etdiyi dövrdə bu əlamətdar hadisəni qeyd etdiyimiz Respublikamızın tək millət, tək bayraq, tək vətən, tək dövlət prinsipləri çərçivəsində əbədi yaşatmaqda əzmli və qətiyyətli olduğumuzu bildiririk. Ölkəmizin Türkiyə Böyük Millət Məclisi tərəfindən seçilən ilk prezidenti olan zati-alinizin bizlərə qoyduğu əmanət olan respublikamızı birbaşa xalqın rəyi ilə seçilmiş ilk prezidenti kimi daha da yüksəltmək və mədəniyyət səviyyəsinin yüksəldilmə üçün bütün gücümüzlə çalışmağa davam edəcəyik. 92 il sonra bir daha ölkəmizin bütövlüyü, millətimizin birliyi, dövlətimizin mənfəəti üçün lazım gələndə gözlərini qırpmadan ölümə gedən bütün şəhidlərimizi rəhmətlə anır, veteranlarımızı ehtiramla yad edirəm. Müstəqillik Bayramımız mübarək olsun. Ruhunuz şad olsun”.
Şərhlər