İsrail fələstinlilərə qarşı "xüsusi məhkəmə"planı hazırladı
29.10.2015 13:44 Dünyadan reaksiya 2017
İsrail baş naziri Binyamin Netanyahunun Qərbi İordaniya və Qüdsdə baş verən gərginlik daxilində "Fələstinlilərlə bağlı məsələlərə" baxacaq xüsusi məhkəmə prosesinin qurulmasını dəyərləndirdiyi bildirilib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumat İsrailin “Haaretz” qəzetində yer alıb.
Həmin məsələlərə “terror dalğası ilə mübarizə aparmaq, inzibati həbs, vətəndaşlıq hüququnun əlindən alınması, təcavüzkarların evlərinin dağıdılması" daxildir.
Netanyahu ötən bazar ertəsi günü keçirilən parlamentə bağlı Təhlükəsizlik və Xarici Əlaqələr Komissiyasının iclasında bu məsələni gündəmə gətirib.
Şərhlər