Putinin sözçüsü də “Halloween”dən danışdı

29.10.2015 14:11     Dünyadan reaksiya     1998

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitriy Peskov məktəblərdə “Halloween” bayramınının qeyd edilməsi ilə bağlı danışıb.

Reaksiya.az xəbər verir ki, jurnalistlərin bu məsələ ilə bağlı sualını cavablandıran prezident sözçüsü “Halloween” məsələsinin Kremldə müzakirə olunmadığını deyib.

“Mən deməzdim ki, bu məsələ necəsə müzakirə olunur, gündəlikdə xeyli başqa məsələlər var. Amma ümumilikdə, bu bizim bayram deyil və hər halda, heç bir məktəbdə rəsmi olaraq belə bayramlaşma yoxdur”, - deyə D.Peskov qeyd edib.

Bundan əvvəl “Halloween”in məktəblərdə qadağan edilməsi ilə bağlı Krım başçısı Sergey Aksenov çıxış etmişdi. Arxangelsk vilayətində də bu barədə qadağa qərarı qəbul olunub.

Şərhlər

Çox oxunanlar