Serj Sarkisyan sabah Gürcüstana səfər edəcək

29.10.2015 14:46     Dünyadan reaksiya     2356

Ermənistan prezidenti Serj Sarkisyan sabah Gürcüstana işgüzar səfər edəcək.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində S. Sarkisyan gürcü həmkarı Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, habelə parlament sədri David Usupaşvili ilə görüşəcək.

Hələlik səfərin əsas məqsədi bəlli deyil.

Ehtimal olunur ki, Serj Sarkisyan Tbilisidə İran qazının Gürcüstana Ermənistan vasitəsilə çatdırılması məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze bir müddət əvvəl İran qazının Gürcüstana ixracı məsələlərini müzakirə etmək məqsədilə noyabrın ortalarında İrana səfər edəcəyini bildirib.

KİV-də isə tranzit ölkənin Ermənistan ola biləcəyi ilə bağlı məlumatlar yayılıb.

Şərhlər

Çox oxunanlar