Ermənistanın nüvə arzusu puç oldu - Rusiya pul ayırmır

19.06.2015 11:50     Dünyadan reaksiya     1692

Rusiya Ermənistan atom stansiyasının əsaslı təmiri üçün kreditlər ayırmır. 

Bu məsələdə böyük çətinliklər yaranıb. Atom stansiyasının ehtiyatları 2016-cı ildə başa çatır. Ermənistan üçün çox vacib olan bu obyektin iş müddətini ən azı 10 il artırmaq üçün əsaslı təmirə ehtiyac var. 

Ermənilər təmir işlərinə başlamaq üçün Rusiyadan 270 milyon dollarlıq kredit və 30 milyon dollar qrant almağa ümid edirlər. 

"Haykakan jamanak" qəzeti yazır ki, bu vəsaitləri almaq üçün respublikada lazımi texniki-iqtisadi proqram işlənib. Ermənistan energetika və təbii ehtiyatlar naziri Yervand Zaxaryan proqramla Moskvaya yola düşüb. Kreditin verilməsi üzrə sazişin imzalanması iyunun əvvəlində baş tutmalı idi. Amma Rusiya tərəfinin qərarı ilə bu tarixi qeyri-müəyyən tarixə təxirə salıblar. 

Düzdür, İrəvandan rəsmi şəxslər bəyan edirlər ki, məsələ bir neçə texniki sənədin dəqiqləşdirilməsi ilə bağlıdır, amma yerli ekspertləri bu məsələ çox ciddi narahat edir. 

Yumşaq dillə deyilsə, hamı Ermənistanda elektrik enerjisi ilə bağlı vəziyyətin necə gərgin olmasından xəbərdardır. Ölkə hökuməti artıq avqustun 1-dən onun istehlak tariflərini artırıb. Amma "Ermənistan elektrik şəbəkələri" şirkətinin hazırkı baş direktoru Yevgeni Bibin artıq bildirib ki, qiymətləri iki dəfə də artırmaq lazımdır, əks halda şirkət Ermənistan əhalisinin elektrik enerjisi ilə etibarlı təchizatına zəmanət vermir. Atom stansiyasının əsaslı təmiri üçün vəsaitin tapılmaması Ermənistan iqtisadiyyatına çox ağır zərbə vura bilər.

Qeyd edək ki, sanksiyalara görə, bu gün Rusiyanın vəziyyəti yaxşı deyil. Demək olar ki, hər qəpiyin hesabı aparılır. Rusiya mütəxəssislərinin fikrincə, qaytarılacağına inam olmayan çox milyonluq kreditlərin verilməsi, müəyyən həyəcan doğurur. 

Məsələ uzanır və hətta bir neçə ekspertlər hesab edir ki, müəyyən şərtlər daxilində hətta gündəlikdən çıxarıla bilər. 

Şərhlər

Çox oxunanlar