"İŞİD-ə qarşı quru əməliyyatı həyata keçirilməyəcək" - Obamanın sözçüsü

29.10.2015 15:50     Dünyadan reaksiya     1804

“The Wall Street Journal” tərəfindən "ABŞ-ın Suriyaya quru qüvvələri göndərəcəyi” iddiaları gündəmə gətirilib.

Reaksiya.az xəbər verir ki, Ağ Ev Sözçüsü Eric Schultz bu barədə bəyanat yayıb.

O, bəyanatında bildirib ki, "İraq və Əfqanıstanda olduğu kimi uzun müddətli və geniş miqyasda quru əməliyyatı aparmaq fikrində deyilik"

ABŞ-ın müdafiə naziri Eşton Karter  açıqlamasında İŞİD-lə mübarizədə yeni yanaşmaların qəbul edəcəyini və ABŞ əsgərinin bölgədə quru əməliyyatları təşkil etməkdən çəkinməyəcəyini qeyd edib.

Schultz  müdafiə nazirinin açıqlamalarına da münasibət bildirib: "Nazir Karterin dünən açıq şəkildə ifadə etdiyi kimi imkanlar icazə verdiyi ölçüdə tərəfdaşlarımızla apardığımız məhdud əməliyyatları davam etdirəcəyik”.

Şərhlər

Çox oxunanlar