Obamanın seçki texnoloqları HDP-yə məsləhət verir - Ərdoğan
29.10.2015 16:09 Dünyadan reaksiya 1830
Türkiyə prezdenti: Onlar HDP-yə yalan və böhtandan istifadə etməyi məsləhət görüb
“Prezident seçkisində ABŞ prezidenti Barak Obamanın kampaniyasında iştirak edən amerikalı siyasi texnoloqlar Xalqların Demokratik Partiyasına (HDP) təlimat verirlər”.
Reaksiya.az xəbər verir ki, bunu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan “Kanal24″ telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, B.Obamanın prezident seçkisi öncəsi təbliğat-təşviqatını aparan mütəxəssislər komandası HDP-nin seçkiqabağı kampaniyasında iştirak edirlər: “Onlar İstanbulda media-qrupun (haqqında cinayət işi açılan və iki televiziya və iki qəzeti bağlanan “Koza İpək” media qrupunu nəzərdə tutur – “Report”) iştirakı ilə bir neçə görüş də keçiriblər. Bu komanda HDP-yə seçkiqabağı kampaniya zamanı yalan və böhtandan istifadə etməyi məsləhət görüb. Yalan davamlı olaraq deyiləndə həqiqət kimi də qəbul edilir. Terrorçu PKK ilə əlaqəsinin olmasını inkar etməsi HDP-nin yalanlarından biridir”.
HDP həmsədri Səlahəddin Dəmirtaş Türkiyə prezidentinin dediklərini təkzib edib.
Şərhlər