Avropalı İŞİD-çilər tranzit kimi Kiprdən istifadə edir - İDDİA
29.10.2015 16:43 Dünyadan reaksiya 1850
İŞİD terrorçuları və bu qruplaşmaya qoşulmaq istəyən simpatizanlar Kipr adasından tranzit kimi istifadə edir.
Reaksiya.az-ın məlumatına görə, bu barədə Britaniya mətbuatı tərəfindən yayılan məlumatlar həm Şimali Kipr Türk Cümhuriyyəti, həm də Cənubi Kiprin gündəmində müzakirələrə səbəb olub.
Qeyd olunur ki, Britaniyadan leqal yolla Kiprə səyahət edən avropalı İŞİD simpatizanları Aİ pasportu göstərməklə Aİ-nin üzvü olan Kipr Respublikasına qədəm basırlar, ordan isə Şimali Kiprə keçərək, balıqçı gəmiləri ilə Suriyaya gedirlər.
Şərhlər