Mahmud Abbas BMT-də ilk dəfə çıxış etdi
29.10.2015 16:46 Dünyadan reaksiya 2455
Fələstinin dövlət başçısı Mahmud Abbas dünən Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasında Fələstinlə bağlı təşkil edilən xüsusi iclasda çıxış edib.
Reaksiya.az xəbər verir ki, insan hüquqları məsələlərinin müzakirə edildiyi BMT-nin əsas təşkilatı olan Şuranın 47 üzvü var. İldə üç dəfə toplanan şura əhəmiyyətli mövzular üçün xüsusi iclaslar təşkil edir.
İnsan Hüquqları Şurası indiyə kimi təkcə bir dəfə Çili prezidenti Mişel Baçelet üçün xüsusi iclas təşkil etmişdi. Abbas üçün reallaşdırılan ikinci iclas buna görə mühim əhəmiyyət kəsb edir. Bu eyni zamanda Abbasın BMT – nin tribunasından etdiyi ilk çıxışdır.
Dünənki iclasda, BMT İnsan Hüquqları Ali Komissarı Zeyd Raad əl-Husseyin etdiyi çıxışda, Fələstin ilə İsrail arasındakı qarşıdurmaların artmasını yaxından izlədiklərini qeyd edib. Zeyd bildirib ki,Fələstin və İsrail arasındakı qarşıdurmalar bir an əvvəl dayandırılmasa, bəşəriyyəti daha əvvəl heç olmadığından daha böyük faciə gözləyir.
İsrail qüvvələrinin həddindən artıq və nisbətsiz zorakılıqdan istifadə etməyin narahatlıq verici olduğunu söyləyən Zeyd hər iki tərəfə də zorakılığın müsbət həll variant olmayacağını qeyd edib. Zeyd İsrail blokadasının aradan qalıdırılmasının vacibliyini də vurğulayıb.
Zeydin çıxışından sonar söz Mahmud Abbasa verilib və Fələstin lideri 30 dəqiqə çıxış edib.
Şərhlər