Moldovada hökumət istefaya göndərildi
29.10.2015 17:39 Dünyadan reaksiya 1906
Moldovada hökumət istefaya göndərilib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu gün parlamentdə keçirilən səsvermənin nəticəsi olaraq baş nazir Valeri Streletsin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərilib.
Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi haqqında qətnamənin lehinə 101 deputatdan 65-i səs verib. Onlar müxalif Sosialistlər Partiyası, Kommunistlər Partiyası və Demokratik Partiyadan ibarət fraksiya üzvləridir.
Hökumətə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi parlamentə oktyabrın 22-də Sosialist və Kommunist partiyaları üzvləri tərəfindən təqdim olunub.
Şərhlər