İŞİD və "Əl-Qaidə" Britaniyada terror aktları planlaşdırıb - MI5 rəhbəri

29.10.2015 17:25     Dünyadan reaksiya     1922

 “İslam dövləti” (İŞİD) qruplaşması Böyük Britaniyada kütləvi terror aktları planlaşdırıb.

Reaksiya.az-ın məlumatına görə, bu barədə Britaniyanın əks-kəşfiyyat qurumu MI5-in rəhbəri Endryu Parker bildirib.

Onun sözlərinə görə, həmçinin, “Əl-Qaidə” qruplaşmasının da Böyük Britaniyada bir sıra terror aktları hazırladığına dair məlumatlar var.

Terrorçuların Britaniyada terror törətməyə indi daha çox can atdığını deyən E.Parker etiraf edib ki, MI5 əməkdaşları terrorçuların məlumatlarını əldə etmək üçün haker hücumları təşkil etməli olub.

Qurum rəhbəri vurğulayıb ki, onun 32 illik karyerasında gördüyü ən ciddi təhlükəni hazırda cihadçılar yaradır.

Şərhlər

Çox oxunanlar