"Tehran Suriyada siyasi nizamlanmanı dəstəkləyir"

30.10.2015 00:09     Dünyadan reaksiya     1746

“İranın Suriya məsələsindəki mövqeyi dəyişməz  qalır, Tehran böhranın siyasi nizamlanmanı dəstəkləyir”. Reaksiya.az-ın verdiyi xəbərə görə, bunu  XİN rəhbərinin müavini Hüseyn Əmir Abdullahiyan  deyib.  

“İran Suriyanın dəstəklənməsində mövqeyini dəyişməyib. Tehran  həmişə Suriyada terrora qarşı mübarizə kampaniyasını və münaqişənin nizamlanması üzrə siyasi prosesi dəstəkləyib”, deyə nazir müavini bildirib. Diplomatın sözlərinə görə, Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasının tərəfdarları dərk edirlər k, Suriya xalqı öz  taleyini yalnız özü siyasi proses çərçivəsində müəyyən edəcək.    

Şərhlər

Çox oxunanlar